AZ

İranda yeni etirazlar: Pəhləvinin atasını qovmuşduq, indi isə... VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bir müddətdir İranda mövcud rejimə əleyhinə kütləvi aksiyaların keçirilməsindən sonra hökuməti dəstəkləyən vətəndaşlar da mitinqlər təşkil etməyə başlayıblar. 

Globalinfo.az xəbər verir ki, xüsusilə son günlərdə Tehran və ətraf bölgələrdə İslam Respublikası, ali rəhbər Ayətullah Xameneiyə dəstək aksiyaları keçirilir.

İnsanlar İran bayraqları ilə yürüş edərək Pəhləvilərin qayıdışı ilə bağlı şüarları tənqid edirlər. Etirazçılar “Ləbbeyk ya Xamenei, Ləbbeyk ya Hüseyn” şüarlarını səsləndirirlər.

Hətta etirazçılar arasından bir qadının Pəhləvilərə ünvanlı, “Atanı it kimi qovuşduq, sənin qayıtmağına icazə verməyəcəyik” – sözləri xüsusi diqqət çəkib.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
globalinfo.az

1Mənbələr