AZ

Müdafiə naziri məhkəməyə verildi

Yazını böyüt
Yazını kiçilt

ABŞ Konqresi Senatının üzvü, demokrat Mark Kelli hərb naziri Pit Heqsetə qarşı iddia qaldırıb.

Hafta.az xəbər verir ki, məlumatı CBS telekanalı yayıb.

Bildirilir ki, M.Kelli təqaüdə çıxmış hərbçi kim vəzifədən azad edilməsi və pensiya ödənişlərinin azaldılmasının qarşısını almaq istəyir.

Qeyd edək ki, P.Heqset Hərb Nazirliyinin "Kellinin təqaüd rütbəsinin müəyyən edilməsi" prosesinə başladığını bildirib və deyib ki, bu, pensiyanın azaldılması və vəzifədən azad edilmə ilə nəticələnə bilər.

Pentaqon rəhbəri onu da vurğulayıb ki, Kelliyə rəsmi töhmət məktubu göndəriblər. P.Heqset hesab edir ki, senator Amerika hərbçilərini prezident administrasiyasının əmrlərinə tabe olmamağa çağırmaqla, "ehtiyatsız davranışa" yol verib.

M.Kelli cavabında Heqsetin qərarını "konstitusiyaya zidd qisas" adlandırıb və Pentaqonun ona qarşı təşəbbüsünün qarşısını almağa çağırıb. O, məhkəmə iddiasında nazirliyi qanunla qorunan söz azadlığını tapdalamağa cəhd etməkdə günahlandırıb.

Seçilən
38
hafta.az

1Mənbələr