AZ

Motosiklet təcili yardım maşınına çırpıldı: Yaralananlar var

Cəlilabadda motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb.

"Cebheinfo.az" xəbər verir ki, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 12-si saat 21:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.

1998-ci il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1999-cu il təvəllüdlü şəxsin isə müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, qəza ilə bağlı ilk xəbəri “Unikal” yayıb.

"Cebheinfo.az"

Seçilən
64
cebheinfo.az

1Mənbələr