
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində türkiyəli məşhur aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla altı nəfər nəzarətə alınıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Prokurorluğun yazılı açıqlamasında qeyd olunub ki, şübhəlilər aşağıdakı cinayətlərdə təqsirləndirilirlər: şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin saxlanması, narkotik istifadəsinə kömək etmək.
Seyranə QuliyevaMissiya.Az