Rusiyaya məxsus Kuril adalarında 6,3 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 35 km dərinlikdə qeydə alınıb.
Tələfat və ya itki ilə bağlı məlumat verilməyib.