AZ

Ötən il 30 erməni hərbçisi ölüb - Nazir

2025-ci ildə Ermənistan Silahlı Qüvvələr sıralarında 30 hərbçi həlak olub.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan bildirib.

Onun sözlərinə görə, ölümlərin altısı orduda baş verib - ildırım vurması, elektrik cərəyanı vurması, 2 intihar və ya intihara təhrik, ikisi isə sağlamlıq səbəblərindən. Bu ölümlər çağırışçılar arasında olmayıb. Cəmi 30 hərbçi həlak olub. Qalan 24 nəfər xidmətlə əlaqəsiz səbəblərdən - yol-nəqliyyat hadisələri, məişət xəstəlikləri səbəbindən baş verib.

2024-cü illə müqayisədə ölüm hallarının sayı 40 faiz azalıb.

Nazir həmçinin bildirib ki, 2025-ci ildə nizamnəmənin pozulması nəticəsində qətl hadisəsi qeydə alınmayıb: "Əvvəlki illərdə bu cür hallar çox olub. O, əvvəlki illərdə belə statistikanın olmadığını irəli sürüb".


Telegram kanalımız
Seçilən
143
1
yenisabah.az

3Mənbələr