2025-ci ildə Ermənistan Silahlı Qüvvələr sıralarında 30 hərbçi həlak olub.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan bildirib.
Onun sözlərinə görə, ölümlərin altısı orduda baş verib - ildırım vurması, elektrik cərəyanı vurması, 2 intihar və ya intihara təhrik, ikisi isə sağlamlıq səbəblərindən. Bu ölümlər çağırışçılar arasında olmayıb. Cəmi 30 hərbçi həlak olub. Qalan 24 nəfər xidmətlə əlaqəsiz səbəblərdən - yol-nəqliyyat hadisələri, məişət xəstəlikləri səbəbindən baş verib.
2024-cü illə müqayisədə ölüm hallarının sayı 40 faiz azalıb.
Nazir həmçinin bildirib ki, 2025-ci ildə nizamnəmənin pozulması nəticəsində qətl hadisəsi qeydə alınmayıb: "Əvvəlki illərdə bu cür hallar çox olub. O, əvvəlki illərdə belə statistikanın olmadığını irəli sürüb".
Telegram kanalımız