AZ

Polisdən BÖYÜK ƏMƏLİYYAT: Bu məşhurlar saxlanıldı – FOTO

Türkiyənin tanınmış serial ulduzu Oktay Kaynarca hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat zamanı saxlanılıb.

İstanbul Respublika Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq tədbirləri çərçivəsində aktyorla yanaşı, məşhur müğənni Emel Müftüoğlu və daha bir neçə şəxs də polis nəzarətinə götürülüb.

Rəsmi məlumata görə, Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosunun apardığı araşdırma çərçivəsində saxlanılanlar arasında Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da var.

Prokurorluğun açıqlamasında bildirilir ki, adı çəkilən şəxslər narkotik və ya psixotrop maddələrin istifadəsi məqsədilə saxlanılması, narkotik istifadəsinə şərait yaradılması, fahişəliyə təşviq və vasitəçilik, həmçinin qumar oyunları üçün yer və imkan təmin edilməsi kimi cinayət əməllərində iştirakda şübhəli bilinirlər.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Musavat.com

Seçilən
90
editor.az

1Mənbələr