AZ

Sumqayıtda silah sursat tapıldı

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli "İJ-17" markalı tək lüləli ov tüfəngi tapılıb.

Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən "Baykal" markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib.

Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
190
6
unikal.az

7Mənbələr