AZ

Zelenski: Son 24 saat ərzində Rusiya Ukraynaya 300 dən çox dron və 25 raket atıb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son sutka ərzində Rusiya Ukrayna ərazisinə təxminən 300 zərbə dronu, 18 ballistik və 7 qanadlı raket atıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" səhifəsində yazıb.

Onun sözlərinə görə, zərbələrin əsas hədəfi enerji infrastrukturu obyektləri olub.

"Təəssüf ki, yaşayış və mülki infrastruktura böyük ziyan dəyib. Dnepropetrovsk, Jitomir, Zaporojye, Kiyev, Odessa, Sumı, Xarkov və Donetsk vilayətləri zərbələrə məruz qalıb", - V.Zelenski yazıb.

Öz növbəsində, Ukrayna Hava Qüvvələri qeyd edib ki, Rusiya Silahlı Qüvvələri "Şahed", "Gerbera" tipli 293 zərbə dronu, "İskəndər-M" ballistik raketləri və S-300 raketlərindən istifadə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
2
cebheinfo.az

3Mənbələr