AZ

Azərbaycanlı iş adamı üçün çətin sınaq - 22 milyardlıq səhmlər satışa çıxarıldı

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti çətin günlər yaşayır. 

Modern.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ Kremli Ukrayna ilə sülh müqaviləsinə yönəltmək üçün oktyabr ayında "Lukoil" və "Rosneft" şirkətlərinə sanksiyalar tətbiq etdi. "Lukoil"ə 22 milyard dollar dəyərində qlobal portfelini satmaq üçün 17 yanvar tarixinə qədər vaxt verilib.

Şirkətin qlobal aktivləri uğrunda özəl kapital nəhəngi Carlyle, Chevron, Quantum Capital Group və BƏƏ-dən International Holding Company (IHC) mübarizə aparır.

Aktivlərə İraq, Azərbaycan və Qazaxıstan da daxil olmaqla bir çox ölkədəki neft yataqları, eləcə də Avropa və ABŞ-dakı neft emalı zavodları və yanacaqdoldurma məntəqələri daxildir.

"Lukoil" noyabr ayından bəri potensial investorlarla danışıqlar aparır.

Şirkət razılığa gəldikdən sonra potensial alıcı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) təsdiq almalıdır. OFAC mövcud ümumi lisenziyanı uzada və "Lukoil" ilə alıcılar arasında danışıqların davam etməsinə icazə verə bilər.

Seçilən
43
2
modern.az

3Mənbələr