AZ

“Get makaronunu ye, ay kasıb” - Kəramət Böyükçöldən İrandakı hadisələrə REAKSİYA

“İranda baş verən hadisələr məni həyəcanlandırmır. Çünki zaman-zaman çox görmüşəm bu şeyləri. Hər dəfə də eyni söhbətlər olub. Ay fars-molla rejimi gedir, artıq sondur. Ay Güney Azərbaycan müstəqil olur. Belə söhbətlərlə başım, beynim, qulağım o qədər dolub ki, yanımda danışan olanda ya özüm durub gedirəm, ya da deyirəm ki, sən canın, get o üzdə danış”.

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl bildirib.

“Şübhəsiz ki, tarixin hansısa mərhələsində insanın və insanlığın əleyhinə olan bütün rejimlər gedəcək. Amma insanlığın əleyhinə yenə nəsə olacaq, gələcək nəsillər də o söhbətlərlə məşğul olacaq”, - deyə o, əlavə edib.

K.Böyükçöl fikirlərinə belə davam edib:

“İndi bu dünyadan nə gözləyirsiniz? Orda Ukrayna Rusiyaya qalib gəlsin. Burda İranda rejim dəyişsin, İran demokratik bir ölkə olsun. Orda Guney Azərbaycan Respublikası qurulacaq. Sonra Güneylə Quzey Azərbaycan birləşib Bütöv Azərbaycan qurulacaq. Sonra Türkiyəylə Bütöv Azərbaycan arasında sünni-şiə davası başlayacaq. Sonra da Məleykə Abbaszadə bütün bunlardan bizə sual verəcək, biz də cavab verib universitetə girəcəyik. Tarixi min il, iki min il o başdan üzü bəri gözlərimin qabağına gətirirəm, ürəyim bulanır”.

Yazıçı vurğulayıb ki, insan tarix üçün tikinti materialıdır:

“Bina tikəndə sənə nə lazım olur? Daş, sement, qum, armatur... Tarix üçün də çoxlu meyit lazımdır, göz yaşı, ah, nalə lazımdır.

Get makaronunu ye, ay kasıb.

Sən bu söhbətlərin içində daşsan, qumsan, sementsən, armatursan”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
73
yenisabah.az

1Mənbələr