AZ

Tanınmış ingilis futbolçu vəfat etdi

Tanınmış ingilis futbolçu Robert Hopkins vəfat edib. 

Fanat.Az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

Bu barədə veteran futbolçunun vaxtilə çıxış etdiyi “Birmingem" klubunun mətbuat xidməti məlumat yayıb. 

Onun ölüm səbəbi açıqlanmayıb. 

Keçmiş vinger sözügedən komandada 207 oyun keçirib və klubun əfsanələrindən sayılır. 

Robert Hopkins karyerası ərzində “Aston Villa” və “Mançester Siti”də də çıxış edib. 

Seçilən
64
1
fanat.az

2Mənbələr