AZ

Ötən il 30 erməni hərbçisi ölüb – Nazir

2025-ci ildə Ermənistan Silahlı Qüvvələr sıralarında 30 hərbçi həlak olub.

KONKRET.az armenpress-ə istinadla xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan bildirib.

Onun sözlərinə görə, ölümlərin altısı orduda baş verib – ildırım vurması, elektrik cərəyanı vurması, 2 intihar və ya intihara təhrik, ikisi isə sağlamlıq səbəblərindən. Bu ölümlər çağırışçılar arasında olmayıb. Cəmi 30 hərbçi həlak olub. Qalan 24 nəfər xidmətlə əlaqəsiz səbəblərdən – yol-nəqliyyat hadisələri, məişət xəstəlikləri səbəbindən baş verib.

2024-cü illə müqayisədə ölüm hallarının sayı 40 faiz azalıb.

Nazir həmçinin bildirib ki, 2025-ci ildə nizamnəmənin pozulması nəticəsində qətl hadisəsi qeydə alınmayıb: “Əvvəlki illərdə bu cür hallar çox olub. O, əvvəlki illərdə belə statistikanın olmadığını irəli sürüb”.

 

Seçilən
112
1
konkret.az

3Mənbələr