Bakı və rayonlarında ekoloji duruma nəzarət gücləndirilir.
Beləki, son illər Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Aidiyyəti dövlət qurumları tərəfindən atmosfer havasının, su hövzələrinin və torpaq sahələrinin monitorinqi aparılır, ekoloji risklərin vaxtında müəyyən edilməsi üçün müasir texnologiyalardan istifadə olunur.
Şəhər üzrə:
hava keyfiyyətinə nəzarət stansiyaları fəaliyyət göstərir,
su hövzələrinin mütəmadi monitorinqi aparılır,
yaşıllıq sahələrinin qorunması və artırılması istiqamətində layihələr icra olunur,
ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət gücləndirilir.
Qeyd edək ki, yerli sakinlər, 11 saylı Regional Ekologiya İdarəsinin rəhbərnin yorulmaz idarəçiliyi və qrumun əməkdaşlarının xüsusilə paytaxt və rayonlarında ekoloji tarazlığın qorunması məqsədilə aparılan tədbirləri dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirir. Bununla yanaşı maarifləndirmə kampaniyaları və ictimai iştirakçılıqda da idarə ekoloji məsuliyyətin artmasına da böyük töhfələr verməkdədir.
Mütəxəssislərin də fikrincə, görülən işlər Bakının ekoloji təhlükəsizliyinin təmin olunmasına, əhalinin sağlam mühitdə yaşamasına və təbii ehtiyatların qorunmasına xidmət edir. Bu istiqamətdə atılan ciddi addımlar paytaxtın ekoloji mühütünün qorunmasında daha yaşıl təbiət olmasına nail olmaq eləcə də paytaxtın ekoloji cəhətdən dayanıqlı şəhərə çevrilməsinə imkan yaradır və yaratmaqdadır. Bakıda ekoloji duruma nəzarət gücləndiriməsi yönündə aparılan mühüm işlər paytaxtın ekoloji təhlükəsizliyinin əmin əllərdə olduğundan xəbər verir.

