ain.az bildirir, 525.az portalına istinadən.
«Məsafəyə görə tariflərin tətbiqi ədalətlidir. Çünki qısa məsafəyə gedən daha az, uzun məsafəyə gedən isə daha çox pul ödəməlidir”.
Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli söyləyib. Onun dediyinə görə, dünyanın əksər ölkələrində bu sistem mövcuddur:
“Məsafəyə görə tariflənmə normal və ədalətli bir praktikadır. Belə hallarda, adətən mövcud sabit qiymət minimal hədd kimi qəbul olunur. Az gedən az, çox gedən isə daha çox ödəniş edir”.
O əlavə edib ki, böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri isə “Brutto müqavilə”lərə keçiddir. “Brutto” modelinin əsas xüsusiyyəti hər kilometrə görə dövlət subsidiyasının ayrılmasıdır. Bu, həm avtobus, həm də metro seqmentində tətbiq oluna bilər və nəticə etibarilə bir çox vacib məsələlərin həllinə imkan yaradır. Bununla gündəlik, həftəlik, aylıq, üç, altı və 12 aylıq abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər və Vətən müharibəsi iştirakçıları üçün güzəştli və ya pulsuz keçidlər, müxtəlif nəqliyyat növləri arasında müəyyən vaxt aralığında pulsuz keçid sistemləri tətbiq oluna bilər. Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə baxımından qənaəti təmin edir.
Sevinc Qarayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.