AZ

Sevginizi sığortalayın, pul QAZANIN

Çində bir cütlük sevgi münasibətlərini sığortalayaraq real pul mükafatı alıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Çinin Sian şəhərində yaşayan xanım U gələcək həyat yoldaşı V ilə hələ orta məktəb illərində tanış olub. 2015-ci ildə onlar eyni universitetə daxil olaraq rəsmi olaraq münasibətə başlayıblar. 2016-cı ildə U, o dövrdəki sevgilisi V üçün “sevgi sığortası” polisini endirimlə 199 yuan alıb. Normal qiymət isə 299 yuan idi.

Sığorta China Life Property and Casualty Insurance Company Limited tərəfindən verilib və polisdə qeyd olunub ki, əgər cütlük müqavilənin bağlanmasından sonra 10 il ərzində evlənərsə, mükafat veriləcək. 2017-ci ildən belə sığortalar satışdan çıxarılsa da, əvvəl alınan polis qüvvədə qalırdı.

2025-ci ilin payızında cütlük rəsmi nikahlarını qeyd etdikdə, onlara 10 min yuan pul və ya 10 min gül arasında seçim verilib. 

Nuriyyə NATİQQIZI

Seçilən
22
redaktor.az

1Mənbələr