AZ

Doğum evində VƏHŞİLİK: Uşağın qolunu QOPARDILAR – FOTO

Rusiyada doğum evində həkimlər körpənin qolunu qoparıb, digərinin sümüyünü sındırıb.

İnterpress.az xəbər verir ki, Rusiyanın Novokuznetsk şəhərindəki 1 saylı doğum evində tükürpədici hadisələr baş verib.

Məlumata görə, xəstəxana dəfələrlə körpə ölümləri, personalın səriştəsizliyi və antisanitariya ilə bağlı ittiham olunub.

Zərərçəkən analardan biri mətbuata bildirib ki, bu payız vaxtından əvvəl doğuş zamanı mamaçalar prosesi idarə edə bilməyib və körpənin qolunu qoparıblar. Daha sonra şikəst edilmiş uşağı ananın köksünə qoyublar.

Digər bir hadisədə isə yeni doğulan körpənin körpücük sümüyü sındırılıb. Həmçinin personalın kobudluğu ucbatından bəzi uşaqların baş və bədənlərində yaralar əmələ gəlib.

Tibb işçilərinin analara qarşı davranışı da şok effekti yaradıb.

Onlar sancı çəkən qadınları söyüb, “kəs səsini” deyə qışqırıb, onları “piy qatı” adlandıraraq “doğmağı bacarmırsınız, bir daha bura belə kök gəlməyin” deyə təhqir ediblər.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma və səhlənkarlıq maddələri ilə cinayət işi açılıb.

Xəstəxananın baş həkimi vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində doğum evində Yeni il bayramı zamanı yeni doğulmuş 9 körpə öldüyü də məlum olub.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
52
interpress.az

1Mənbələr