AZ

Argentinada dəhşətli hadisə: bir nəfər ÖLÜB

Ajans.az xəbər verir ki,bu barədə yerli hakimiyyət orqanlarına istinadən Clarin qəzeti məlumat yayıb. Hadisə Santa Klara del Mar və Mar del Plata çimərliklərində baş verib. Qəfildən yaranan dalğa onlarla insanı suya aparıb. Bildirilir ki, bir gənc kişi həyatını itirib, bir nəfər infarkt keçirib, 34 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Hadisə 12 yanvar tarixində yerli vaxtla təxminən saat 16:00 radələrində baş verib. Qeyd olunur ki, dalğa başlamazdan əvvəl dəniz səviyyəsi çəkilmişdi. Ölən şəxsin ölkədə tətildə olan 29 yaşlı argentinalı Yair Manno Nunez olduğu müəyyən edilib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır və əhalini təhlükəsizliyi təmin etmək üçün xəbərdarlıq edirlər.

Seçilən
57
Ajans.az

1Mənbələr