AZ

Ağacda doğulan “möcüzə uşaq” 25 yaşında vəfat etdi

2000-ci ildə Mozambikdə baş vermiş dağıdıcı daşqın zamanı anasının suyun yüksəlməsindən qorxaraq çıxdığı ağacın təpəsində dünyaya gələn və bütün dünyada “möcüzə uşaq” kimi tanınan Rosita Salvador Mabuiango 25 yaşında dünyasını dəyişib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Mozambik tarixində ən ağır sel fəlakətlərindən biri kimi yadda qalan həmin hadisə zamanı Rosita və anası günlərlə su altında qalmış ərazidə köməksiz vəziyyətdə qalıb. Daha sonra onlar Cənubi Afrika Respublikasına məxsus hərbi helikopter vasitəsilə xilas ediliblər. Xilasetmə anlarını əks etdirən fotolar isə illər boyunca fəlakətin simvolik görüntülərindən biri kimi dünyada geniş yayılıb.

Mozambik Prezidenti Daniel Chapo Rositanın vəfatı ilə bağlı açıqlamasında onun ölkədəki qız uşaqları üçün ümid və güc rəmzinə çevrildiyini bildirib. Prezident qeyd edib ki, Rositanın həyat hekayəsi çətinliklərə baxmayaraq yaşamağın və mübarizənin mümkün olduğunu göstərən simvolik bir nümunə idi.

Rosita Salvador Mabuiangonun ölümü həm Mozambikdə, həm də beynəlxalq ictimaiyyətdə dərin təəssüf hissi ilə qarşılanıb.

Zeynəb Tehranlı

Seçilən
38
azedu.az

1Mənbələr