Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan-Tovuz”da hazırlıqlar davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, uzun müddətdir zədəli olan futbolçu David Tavareş də məşqlərdə iştirak edir. O, artıq zədəsini tam sağaldıb.
Yarmmüdafiəçi yay toplanışında aldığı ciddi zədə səbəbindən cari mövsüm heç bir matçda iştirak etməyib. Futbolçunun artıq hazır olduğu və mövsümün ikinci yarısında forma şansı qazana biləcəyi bildirilir.
“Benfika”nın yetirməsi yayda Tovuz təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.