AZ

82 yaşlı məşhur müğənni təcavüzdə ittiham olunur

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyalı məşhur müğənni Xulio İqlesias cinsi təcavüz və zorakılıqda ittiham olunur.

“Qafqazinfo” “elDiario.es” qəzetinə istinadən xəbər verir ki, 82 yaşlı müğənniyə qarşı bu ittihamlarla bir vaxtlar onun malikanələrində işləyən iki qadın çıxış edib. 

Qəzetin məlumatına görə, sözügedən hadisələr 2021-ci ildə ifaçının Dominikan Respublikasındakı və Baham adalarındakı evlərində baş verib. Qadınlardan biri xadimə, digəri isə fizioterapevt olub.

Hələlik nə müğənni, nə də onun vəkili nəşrin bu iddialarla bağlı suallarına cavab verib. 

Qeyd edək ki, Xulio İqlesias kommersiya baxımından ən uğurlu ispandilli ifaçılardan biridir. Rəsmi məlumata görə, müğənninin səkkiz övladı var. Onlardan biri də məşhur müğənni Enrike İqlesiasdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
1
qafqazinfo.az

2Mənbələr