Bakı.Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində“Instagram” sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olanşəxslərin üç mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsinireklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
Trend xəbərverir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilib ki, qeyd olunan hallarda vətəndaşların fərdiməlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələkeçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETXmüvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb.Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimihalların təkrarlanmaması üçün zəruri texniki və təşkilatitədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılanməlumatların silinməsi təmin olunub.
Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlara müraciətedərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülükvəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılmasıciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı vəsəlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilərastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.
Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə vəmüəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmisənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və“Fərdi məlumatlar haqqında” qanunvericiliyin tələblərinə ciddişəkildə riayət olunmalıdır.