AZ

Venesueladan sərt reaksiya: “İdarə edən bəllidir”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasından sonra müvəqqəti prezident vəzifəsinə təyin olunan Delsi Rodriges Vikipediyada ABŞ-nin Prezidenti Donald Trampın ölkəsinin “müvəqqəti prezidenti” kimi göstərilməsinə sərt reaksiya verib.

O bildirib: “Venesuelanı idarə edən bir hökumət var”.

"Cebheinfo.az" xəbər verir ki,  Rodriges Vikipediyada Venesuelanı hədəf alan karikaturalara da etiraz edib.

Rodriges ad çəkmədən Trampı da tənqid edərək deyib: 

“Buradan Venesuelanın suverenliyini və müstəqilliyini bir daha təsdiqləyir və vurğulayırıq. Vikipediyada Venesuelanı kimin idarə etdiyinə dair bəzi karikaturalar gördüm. Venesuelanı idarə edən bir hökumət var”.

O, beynəlxalq hüquq çərçivəsində Venesuelanın hüquqlarını qoruyacaqlarını qeyd edərək, ölkəsinə hörmətlə yanaşılmasını tələb edib.

Bu arada, Venesuelanın zarici işlər naziri İvan Gil müvəqqəti Prezident Rodrigesin Avropa İttifaqı (Aİ), Birləşmiş Krallıq və İsveçrədən olan diplomatik nümayəndələrlə görüşdüyünü açıqlayıb.

Gil bildirib ki, Aİ ilə Venesuela arasında qarşılıqlı hörmətə əsaslanan yeni gündəm müəyyən edilib: “Ölkələrimizdə həyatın bütün sahələrində dialoq, quruculuq və əməkdaşlığın son dərəcə vacib bir mərhələsi bu gün başlayır və bunun xalqımıza mütləq fayda verəcəyinə inanırıq. 

Bolivarcı Hökumət olaraq dünyanın bütün xalqları ilə əl-ələ və diplomatik prinsiplər çərçivəsində işləmək öhdəliyimizi bir daha təsdiqləyirik.”

Xatırladaq ki, Donald Tramp isə sosial media paylaşımında özünü “Venesuelanın müvəqqəti prezidenti” kimi təqdim etmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr