AZ

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti səfərlərinin tarixi ilə bağlı AÇIQLAMA (FOTO)

Bakı. Trend:

Hazırda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinümayəndələri tərəfindən qurulan “Sülh körpüsü” dialoq platformasıtəşəbbüsü çərçivəsində fəaliyyət davam etdirilir.

Bunu Trend-əaçıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru FərhadMəmmədov deyib.

Mərkəz direktoru bildirib ki, hər iki tərəfdən olan qruplar özölkələrində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirir.Eyni zamanda media üzərindən, müxtəlif media platformalarındanistifadə etməklə dialoqlar təşkil olunur.

“Bu il ərzində, xüsusilə ilin birinci yarısında bir neçə plannəzərdə tutulur. Bura elmi konfranslar, beynəlxalq tədbirlərdaxildir. Məsələn, bu il Azərbaycanda Ümumdünya ŞəhərsalmaForumunun (World Urban Forum) 13-cü sessiyası (WUF13), Ermənistanda8-ci Avropa Siyasi Birliyi (European Political Community — EPC)Sammiti keçiriləcək. Qarşı tərəf təşəbbüs irəli sürdüyü təqdirdə,Azərbaycan Ermənistan numayəndələrinin WUF13-də iştiakı məsələsinəbaxacaq”.

F.Məmmədov vurğulayıb ki, planlar əsasən birgə fəaliyyətləbağlıdır. Digər tərəfdən, növbəti səfərlər də planlaşdırılır:

“Səfərlərin tarixləri iştirak edən nümayəndə heyətlərininproqramlarına uyğun şəkildə müəyyənləşdiriləcək. Qrupların tərkibidəyişkən ola bilər — beş, üç və ya dörd nəfərdən ibarət ola,həmçinin yeni iştirakçılar da cəlb edilə bilər. Bu baxımdan hərhansı bir məhdudiyyət mövcud deyil. Yaxın 4–5 ay ərzində növbətisəfərlər və birgə fəaliyyətin şahidi olacağıq. Tədbirlərinkeçirildiyi məkanlar Azərbaycan və Ermənistan olacaq. Proses sırfikitərəfli xarakter daşıdığı üçün fəaliyyətlər əsasən bu iki ölkədəreallaşdırılacaq”.

F.Məmmədov əlavə edib ki, bununla yanaşı, Azərbaycanda vəErmənistanda keçirilən, “Sülh körpüsü” təşəbbüsünə birbaşaaidiyyəti olmayan beynəlxalq tədbirlərdə də hər iki ölkəninnümayəndələrinin iştirakı nəzərdə tutulur.

“Həm ekspertlər, həm də vətəndaş cəmiyyəti səviyyəsində səfərlərnəzərdə tutulur. Qeyd olunan səfərlər birbaşa “Sülh körpüsü”təşəbbüsü çərçivəsində olmasa da, beynəlxalq tədbirlərlə əlaqədarolaraq Azərbaycan və Ermənistana səfərlər planlaşdırılır”, - deyə ofikrini tamamlayıb.

Qeyd edək ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan vəErmənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadınmöhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədiləyaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlərkeçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaşcəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.

İlk görüş 21–22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baştutub və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbətimühüm görüş 21–22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilibvə burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirakediblər. Görüşlər zamanı gələcək birgə fəaliyyətlər, ictimaidialoqun genişləndirilməsi və media üzərindən əlaqələringücləndirilməsi məsələləri ön plana çıxıb.

Seçilən
159
2
az.trend.az

3Mənbələr