AZ

İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi- ÖZƏL 

Avropa Birliyindən sonra İsveçrə də Rusiyaya qarşı sanksiya siyahısını yeniləyib. Olaylar.az xəbər verir ki, İsveçrə hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkə hakimiyyətləri anti-Rusiya sanksiyaları çərçivəsində siyahıya beş fiziki şəxs və dörd qurum əlavə edib.
Rəsmi açıqlamada bildirilir ki, yenilənmiş sanksiya siyahısına, həmçinin 41 gəmi də daxil edilib. Bu addım Avropa İttifaqının son qərarları ilə uyğunlaşdırılaraq qəbul olunub və Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artırılmasına yönəlib.
İsveçrə hökuməti vurğulayıb ki, qəbul edilən qərar ölkənin mövcud sanksiya rejimi çərçivəsində beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirmək məqsədi daşıyır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
93
olaylar.az

1Mənbələr