AZ

Metroda bunun tətbiqi mümkündür Nəqliyyat eksperti

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Gedişhaqqının sərnişinin qət etdiyi məsafəyə görə ödənilməsi sərnişinlər üçün sərfəli metoddur. Metroda bunun tətbiqi mümkündür. Bütün stansiyalarda turniketlər var, sistem qurulub. Amma sistemin avtobuslarda qurulması bir az çətinlik yaradacaq. Çünki avtobusların hamısı nağdsız ödənişə keçməyib”. 

Bu fikirləri 525.az-a nəqliyyat məsələləri üzrə eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, qaydalara əsasən  az məsafə qət edən sərnişin az gedişhaqqı ödəyəcək, daha uzun məsafə qət edən sərnişin isə çox pul ödəyəcək:

“Sərnişin metroya daxil olan zaman kartını turniketə yaxınlaşdıranda avtomatik ondan 60 qəpik çıxılacq. Stansiyadan çıxanda sərnişin yenə də kartı oxutduracaq ki, getdiyi məsafəyə görə gedişhaqqı çıxılsın. Az məsafə qət edən sərnişindən məsələn, 40-30 qəpik çıxılacaq, yerdə qalanı karta qayıdacaq".

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
525.az

1Mənbələr