AZ

“Dənizçilər” legioneri yol saldı

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qarşısına Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyan "Səbail" qış fasiləsində iki futbolçu ilə yollarını ayırıb. Bu barədə Sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.

"Dənizçilər" Məhəmməd Sako və Emin Rüstəmovla vidalaşıb. 24 yaşlı malili yarımmüdafiəçinin paytaxt klubu ilə müqaviləsi bu ilin yayına kimi nəzərdə tutulsa da, anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verlib. U-21-in də formasını geyinən Rüstəmov isə karyerasını Premyer Liqa klublarından birində, daha doğrusu "Karvan-Yevlax"da davam etdirəcək.

Qeyd edək ki,  I Liqada çıxış edən "Səbail" 22 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
sport24.az

1Mənbələr