AZ

Milyarder Ərdoğan Afrikada safari zamanı öldürülüb

Bilecikdə fəaliyyət göstərən Silkar Mining şirkətinin sahibi Ərdoğan Akbulak Efiopiyada safari zamanı həyatını itirib.

Ölkə.az xəbər verir ki, türkiyəli milyarder safari zamanı yerli qruplar arasında baş verən qarşıdurmanın ortasında qalıb və nəticədə ağır yaralanıb. Bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Efiopiya hakimiyyəti araşdırmaya başlayıb. Ailənin cəsədin Türkiyəyə gətirilməsini təşkil etmək üçün Xarici İşlər Nazirliyi və yerli hakimiyyət orqanları ilə əlaqə saxladığı məlum olub. Rəsmi prosedurlar başa çatdıqdan sonra cəsədin Bilecikə gətiriləcəyi bildirilib.

Qeyd edək ki, Ərdoğan Akbulak qardaşı Hakkı Akbulak ilə birlikdə “Silkar Mining” mədənçilik şirkətini yaradıb. Təbii daş və mədən sektoruna əhəmiyyətli investisiyalar qoyan Akbulak, AKDO brendi ilə Türkiyə mərmərinin xarici bazarlarda tanınmasına töhfə verib.

Mürtəza

Seçilən
143
3
olke.az

4Mənbələr