AZ

Sumqayıtda BMW yandı

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Sumqayıt şəhərinin Sahil küçəsində yanğın hadisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Muxtarov İftixar İxtiyar oğlunun idarə etdiyi "BMW" markalı avtomobil naməlum səbəbdən yanıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülərək ətrafdakı nəqliyyat vasitələrinə və əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxunub 40

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
avtosfer.az

2Mənbələr