AZ

Papa Fransiskinin keçmiş köməkçisi pedofiliyaya görə HƏBS EDİLİB

Ajans.azxəbər verir ki, bu barədə RFM24 məlumat yayıb. Bildirilir ki, işin həssas xarakteri nəzərə alınaraq məhkəmə prosesi qapalı keçirilib. Məhkəmənin sözçüsü Arkadiuş Kutanın sözlərinə görə, hökm yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş ağır cinayətlərlə bağlı verilib. Məlumata əsasən, fransiskalı rahib əvvəllər Vatikan Dövlət Katibliyində çalışıb və Papa Fransiskinin köməkçisi olub. Məhkəmə qərarına görə, Yan N.-yə yalnız həbs cəzası verilməyib, eyni zamanda onun uşaqlarla bağlı istənilən fəaliyyətlə məşğul olması ömürlük qadağan edilib. Bundan əlavə, o, 10 il müddətinə cinayət qurbanları ilə əlaqə saxlamaq hüququndan da məhrum edilib. Prokurorluğun araşdırmasına görə, Yan N. cinayətləri 2006–2016-cı illər ərzində həm Polşada, həm də ölkə xaricində törədib. O, dörd yetkinlik yaşına çatmayan şəxsə qarşı ümumilikdə 14 epizod üzrə ittiham olunub.

 

Seçilən
63
Ajans.az

1Mənbələr