AZ

Bakının bu ərazilərindəki EVLƏR SÖKÜLƏCƏK

Yazını böyüt
Yazını kiçilt

Bakının demək olar ki, bütün rayonlarında, eləcə də Abşeronda su mühafizə sistemlərinin mühafizə zonalarında qanunsuz tikililərə rast gəlinir. Bu barədə hafta.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

Onun sözlərinə görə, xüsusilə Böyükşor gölü ətrafında və kollektorların yaxınlığında inşa olunan evlər gələcəkdə çirkab sutəmizləmə sistemlərinin fəaliyyətinə mənfi təsir göstərir, texnikanın əraziyə girişini çətinləşdirir.

Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən su təchizatı sistemlərinin mühafizə zonası minimum 100 metr olmalıdır. Lakin bir çox hallarda bu məsafəyə əməl edilmir və hətta 10 metr məsafədə qanunsuz fərdi yaşayış evləri mövcuddur.

Ramil Qasımzadənin fikrincə, gələcəkdə su və kanalizasiya xətlərinin, eləcə də yüksəktəzyiqli kəmərlərin mühafizə zonasında və ya üzərində tikilmiş evlərin sökülməsi gündəmə gələ bilər. Bu zaman tikililərin sənədlərinə baxılacaq, kupçası olan evlər üçün kompensasiya məsələsi müzakirə oluna bilər. Qanunsuz tikililərə isə qanunvericiliyə əsasən kompensasiya nəzərdə tutulmur.

Bununla belə, ekspert bildirib ki, məsələ sosial xarakter daşıdığı üçün hökumət qərarı ilə bəzi hallarda qanunsuz tikililər üzrə də tikintinin başa gəlmə dəyərinin ödənilməsi mümkündür.

Seçilən
122
hafta.az

1Mənbələr