
Türkiyənin Şanlıurfa vilayətində qanunsuz mərc oyunları ilə əlaqədar keçirilən əməliyyatda 382 milyon türk lirəsi (təxminən 37.45 milyon manat) müsadirə edilib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Şanlıurfa Vilayət Polis İdarəsi məlumat yayıb.
Axtarışlar zamanı 28 nəfər saxlanılıb, qızıl, nağd pul, silah və elektron avadanlıqlar müsadirə olunub.
İlahə Qənbərli
Missiya.Az