AZ

“OBA” beynəlxalq mükafat - "SAP Quality Awards 2025"in qalibi oldu

“OBA” marketlər şəbəkəsində tətbiq olunan “SAP SuccessFactors” layihəsi beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Layihə 24 ölkə arasından seçilərək “SAP Quality Awards 2025” müsabiqəsində “Biznes transformasiyası” nominasiyası üzrə qalib elan olunub.

Müsabiqə çərçivəsində şirkətlərdə insan resursları funksiyalarının rəqəmsallaşdırılması, biznes proseslərinin optimallaşdırılması və əməkdaş təcrübəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər dəyərləndirilib.

“OBA” marketlər şəbəkəsində icra olunan “SAP SuccessFactors” layihəsi işə qəbul, performansın idarə olunması, təlim və inkişaf kimi əsas insan resursları proseslərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsini təmin etməklə əməliyyat səmərəliliyinin artırılmasını hədəfləyir.

Qiymətləndirmə zamanı layihənin bir sıra əsas üstünlükləri xüsusi olaraq ön plana çıxıb. Bunlar proseslərin rəqəmsallaşdırılması, əməliyyatların optimallaşdırılması, təşkilati çevikliyin artırılması, eləcə də əməkdaşların məhsuldarlığı və məmnuniyyətinin yüksəldilməsidir.

Seçilən
36
publika.az

1Mənbələr