AZ

Kəmalə Günəşli toy bazarını silkələyir - Qiymətlər-VİDEO

Hərəkətləri və rəqsləri ilə sosial şəbəkələrin Azərbaycan seqmetində tez-tez gündəmə gələn müğənni Kəmalə Günəşli bu dəfə toy və tədbir qiymətləri ilə diqqət çəkib.

Özünəməxsus və bir qədər kobud rəqsləri ilə son aylarda müzakirə obyektinə çevrilən müğənni sosial şəbəkələrdə tənqid olunsa da, populyarlığını qoruyur, məclislərə tez-tez dəvət alır.

“Yeni Sabah” Kəmalə Günəşlinin toy və tədbir qiymətləri ilə maraqlanıb.

Məlum olub ki, müğənni Bakıda toylara yarım saatı 1000 manata gedir. Əgər məclis 2 saat davam edərsə, qiymət 3000 manata qədər artır.

Rayonlarda isə ifaçının qiymətləri bir qədər yüksəkdir: tək çıxış üçün 5000 manat, ansambl ilə birlikdə isə 6500 manatdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr