Rusiyanın “Torpedo” klubu Sadiq Bağıyevin transferini rəsmiləşdirib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi Azərbaycanın U-19 millisinin sabiq üzvü ilə müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi yeni komandasında 66 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Sadiq Bağıyev indiyədək “Kuban-Holdinq”, “Spartak” (Tambov) və “SKA-Xabarovsk” klublarının şərəfini qoruyub.