Bakı.Trend:
"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı vəyağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ciillər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə müzakirəolunan mövzulardan biri də Xəzər dənizinin suyununduzsuzlaşdırılaraq istifadəyə yararlı hala gətirilməsi iləbağlıdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakışəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantısuları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illərüçün Dövlət Proqramı”nda əks olunan həmin məsələ necə və hansıardıcıllıqla icra ediləcək?
Trend xəbərverir ki, bunu Prezident İlham Əliyev yanvarın 12-də Bakı şəhəri vəAbşeron yarımadasında su təchizatı, tullantı və yağış sularısistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrəDövlət Proqramına həsr olunan müşavirədə deyib.
Prezident İlham Əliyevin ölkənin su təhlükəsizliyinin təminedilməsi, əhalinin içməli su ilə təminatının artırılması və busahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzaladığıSərəncamla "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli suistehsalı sahəsində pilot layihənin həyata keçirilməsi"istiqamətində birinci mərhələyə uyğun olaraq işlər davametdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət SuEhtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə içməli suistehsalı üzrə pilot layihə üçün Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında2025-ci il sentyabrın 22-də Birinci Azərbaycan Beynəlxalqİnvestisiya Forumu çərçivəsində müqavilə imzalanıb.
“Layihənin icrası üçün Sumqayıt şəhər ərazisi müəyyən edilib. 30hektara yaxın ərazini və sahil zolağını əhatə edir. Duzsuzlaşdırmazavodunun gündəlik istehsal gücü 300 min kub metrdir. Bu datəxminən 100 milyon kub metr su istehsalı deməkdir. Bu da Abşeronyarımadasının indiki su tələbatının 20 faiz artırılmasına şəraityaradacaq. Duzlu su təmizlənərək, içməli suya çevriləcək”.
Qurumdan əlavə edilib ki, 2026-2028-ci illər SumqayıtDuzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistralkəmərin tikintisi də nəzərdə tutulub.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin sədri Sadiq Qurbanov mövzu ilə bağlı Trend-ə açıqlamasındabildirib ki, Azərbaycanın ərazisində cəmi 30% su formalaşır. Qalan70% transsərhəd suları hesabına yaranır. Bu da müəyyən problemlərəsəbəb olur:
“Çünki hər bir dövlətin inkişaf etməsində, yeni dövrüntələblərinə uyğun əlavə su ehtiyatlarına ehtiyac var. VaxtiləTaxtakörpü su anbarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsiilə bağlı proseslər olmasaydı, Bakı bu günlərdə çox ciddiproblemlərlə qarşılaşa bilərdi”.
Komitə sədri qeyd edib ki, Xəzər dənizinin suyununtəmizlənməsi-duzsuzlaşdırılması işləri paralel aparılacaq.
“Dəniz suyunun duzsuzlaşdırılması dünyada tətbiq olunantəcrübədir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrailvə İtaliyada bu texnologiyalar tətbiq edilib. Prezident İlhamƏliyevin müşavirədə qaldırdığı bu məsələ Azərbaycanın gələcəkdəekoloji problemlərlə qarşılaşmaması üçündür”.
Hidroloq Rövşən Abbasov Trend-ə açıqlamasında bildirib ki, dəniz suyununduzsuzlaşdırılması beynəlxalq praktikada uzun müddətdir ki, tətbiqolunur. ABŞ, Küveyt, Qətər, İsrail, Səudiyyə Ərəbistanı kimiölkələrdə su ilə təmin olunmanın əsasını dəniz sularınınduzsuzlaşdırılması təşkil edir.
“Xəzərin suyu digər dənizlərlə müqayisədə 3 dəfə az duzludur. Buo deməkdir ki, Xəzərin suyunun duzsuzlaşdırılmasına 3 dəfə daha azxərc tələb olunacaq. Xəzər dənizinin suyu iqtisadi baxımdan dahaeffektiv şəkildə duzsuzlaşdırılacaq”.
R.Abbasov qeyd edib ki, təxminən 50%-dək su təmizlənmədənBakıdan Xəzərə axıdılır. Bu çirklənmənin qarşısının alınması üçünBakıda əmələ gələn kalizasiya suları təmizlənərək Xəzərə və Abşeronyarımadasındakı digər göllərə axıdılmalıdır. Həmçinin yağışsularının kanalizasiya sularından ayrılması nəzərdə tutulur. Bu dakömək edəcək ki, suyun təmizlənmə xərcləri aşağı düşsün. Xəzərdənizinin suyunun duzsuzlaşdırılma prosesinin icra ediləcəyizavodun tikintisə artıq başlanılıb. Həmin zavod Sumqayıtistiqamətində yerləşəcək”,- deyə o əlavə edib.