AZ

Bu ərazilərdə qarın qalınlığı 3 metrə çatıb - Qonşu ölkədə

Türkiyəni cənginə alan güclü artıq bir çox bölgələrdə ciddi problemlərə yol açıb.

Sivasın bəi yaşayış məntəqələrində qar çovğunundan sonra qarın hündürlüyü 3 metrə çatıb.
 
Ölkə.az  xəbər verir ki, Meteorologiya Departamentinin xəbərdar etdiyi kimi, əvvəlki gün

Sivasda baş verən qar yağışı və çovğundan sonra kənd yerlərində həyat dayanıb.
Qar səbəbindən bir çox kənd yolları nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb və bu da kənd sakinləri üçün çətinlik yaradıb. Altınyayla rayonunun Deliilyas qəsəbəsində güclü qar yağışı və çovğundan sonra bəzi yerlərdə qarın qalınlığı 3 metrə çatıb. 

Mal-qara fermerləri qarın bina hündürlüyünə çatması səbəbindən çətinliklərlə üzləşiblər. Şəhərdəki çovğunu mobil telefonu ilə lentə alan Bilal Ərdoğan insanların üzündə təbəssüm yaradıb. Çovğundan təsirlənməmək üçün üzünü örtən Ərdoğan yazıb: "Bura Alyaska deyil, Başören kəndidir".

Mürtəza

Seçilən
21
1
olke.az

2Mənbələr