AZ

Təbii fəlakətlərin qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlandı

Bakı. Trend:

Təbiət fəlakətlərinin dünya iqtisadiyyatına vurduğu ümumi zərər2025-ci ildə 224 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlkiilin göstəricisindən (inflyasiya nəzərə alınmaqla 368 milyarddollar) təxminən 40% azdır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük təkrarsığortaşirkətlərindən olan “Munich Re”nin dərc etdiyi hesabatda qeydolunub.

Sığortalanmış zərərin həcmi təxminən 108 milyard dollar olub,halbuki bir il əvvəl bu göstərici 147 milyard dollar təşkiledirdi.

Beləliklə, ümumi zərərin strukturunda sığortalanmış itkilərinpayı təxminən 48% təşkil edib. Halbuki uzunmüddətli dövr üzrə ortagöstərici təxminən 30% səviyyəsindədir.

Ötən il “pik olmayan risklər” (non-peak perils) adlandırılankateqoriya üzrə rekord həcmdə sığortalanmış itkilərlə yadda qalıb.Bu kateqoriyaya daşqınlar, meşə yanğınları və güclü fırtınalardaxildir. Sığortalanmış zərər 98 milyard dollar, ümumi iqtisadiitki isə 166 milyard dollar təşkil edib.

Eyni zamanda, son 10 ildə ilk dəfə olaraq ABŞ ərazisində ciddifəsadlara yol açmış iri qasırğa qeydə alınmayıb.

Ötən ilin iqtisadi zərər baxımından ən böyük təbii fəlakətiKaliforniyada baş vermiş meşə yanğınları olub. Bu hadisələrnəticəsində 30 nəfər həlak olub, ABŞ iqtisadiyyatına isə 53 milyarddollar zərər dəyib (bu məbləğin təxminən 40 milyard dollarısığortalanmışdı).

Məqalədə:
Seçilən
92
az.trend.az

1Mənbələr