Nikol Paşinyan bəyan edib ki, Azərbaycandan benzin idxalı Ermənistan bazarında illərlə hökm sürən inhisarçıların qazanc mənbəyini kəsib. Onun sözlərinə görə, qonşu ölkədən yanacaq tədarükü artıq indidən qiymətlərin orta hesabla 15% enməsinə səbəb olub.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə çıxışı zamanı Paşinyan Bakıyla ticarətə qarşı çıxanların narahatlığını əsassız adlandırıb.
O, Ermənistanın guya Azərbaycan iqtisadiyyatı və ordusunu maliyyələşdirdiyi barədə iddiaları rədd edib.
Baş nazir vurğulayıb ki, tərəflər arasında sülh mövcuddur və bu, yaxın gələcəkdə institusional səviyyədə rəsmiləşdiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az