ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistan Azərbaycan istehsalı olan benzin idxal etməyə başlayıb. Azərbaycandan əsasən premium benzin idxal olunur. Ermənistan bazarında bu növ benzinin qiyməti 15 faiz azalıb (hər litr üçün 510 dramdan 430 drama düşüb)”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, iki gün əvvəl Ermənistana dizel yanacağının Azərbaycandan idxal edildiyini deyib.
"Dizel yanacağının qiyməti 2 faiz düşüb. Adi benzinin qiyməti də dekabr ayı ilə müqayisədə təxminən 8 faiz enib (11 dekabrda bir litr adi benzin 500 dram idi, indi isə 460 dramdır). Bu, sülh gündəliyinin və onun faydalarının nəticəsidir", - Paşinyan söyləyib.
O, həm Ermənistanda, həm də Azərbaycanda buna qarşı tənqidlərin olduğunu etiraf edib:
“İrəvanda deyirlər ki, biz benzin alıb pulu Azərbaycana göndəririk ki, Ermənistana hücum etmək üçün istifadə edə bilsinlər. Bakıda deyirlər ki, benzin və dizel yanacağı Ermənistana göndərilir ki, onlar çənlərini doldurub Azərbaycana hücum edə bilsinlər”.
O əlavə edib ki, bu narahatlıqlar əsassızdır, çünki Ermənistanla Azərbaycan arasında zamanla daha da institusionallaşacaq sülh yaranıb:
“Ermənistanda bu narahatlıqlar uzun illərdir benzin bazarında inhisarçı mövqedə olan şirkətlər və qruplar tərəfindən qızışdırılır. İndi onlar qiymətləri aşağı salmalı olacaqlar ki, bu da inhisarçılara zərər verəcək və onları tamamilə sıradan çıxaracaq. Ermənistan vətəndaşlarına isə fayda verəcək”.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.