AZ

Ermənistanda yanacağın qiyməti UCUZLAŞDI

Ajans.az xəbər verir ki,Paşinyan bu barədə Facebook səhifəsində canlı yayım zamanı məlumat verib. Onun sözlərinə görə, idxal nəticəsində PREMIUM benzinin qiyməti əvvəlki 510 dramdan 15% azalaraq 430 dram səviyyəsinə enib. Həmçinin, iki gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı da gətirilib. Bu dövrdə dizel yanacağının qiyməti dekabr ayı ilə müqayisədə 2%, REGULAR benzinin qiyməti isə 8% azalıb. Məsələn, 11 dekabrda REGULAR benzinin minimum qiyməti 500 dram idisə, hazırda 460 dramdır. Paşinyan vurğulayıb ki, bütün bunlar Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin, yəni “sülhün nemətlərinin” nəticəsidir. O, idxalla bağlı tənqidlərə də toxunub: “Ermənistanda deyirlər ki, benzin alın və pulu Azərbaycana göndərin ki, onu bizə qarşı istifadə etsinlər. Azərbaycanda isə iddia edirlər ki, yanacaq Ermənistana göndərilir ki, tanklarını və hərbi texnikalarını doldurub bizə hücum etsinlər. Lakin bu narahatlıqlar əsassızdır, çünki sülh artıq bərqərar olub və tədricən institusional hala gələcək.” Baş nazir yekun olaraq bildirib: “Biz sülh içində yaşamağı, sülhün nemətlərini qiymətləndirməyi öyrənməliyik və bunu məmnuniyyətlə qeyd edirəm.” Qeyd edilir ki, Paşinyan təqdim etdiyi qiymət məlumatlarının mənbəyi tam aydın deyil və istehlakçılar üçün əlçatan yanacaqdoldurma məntəqələrində qiymətlər hələ dəyişməz qala bilər. O həmçinin əlavə edib ki, PREMIUM benzinin REGULAR-dan daha ucuz olması təəccüblü deyil.

 

Seçilən
56
Ajans.az

1Mənbələr