ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Əgər bir rejim yalnız zorakılıq yolu ilə hakimiyyətdə qala bilirsə, deməli, faktiki olaraq sona çatıb. Düşünürəm ki, biz artıq İrandakı rejimin son günlərini və həftələrini yaşayırıq. Artıq seçkilərdən qaynaqlanan legitimliyi yoxdur və xalq indi bu rejimə qarşı qalxır. Molla rejimi də bunu qəbul etməli olacaq.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz İrandakı hökumət əleyhinə etirazlara münasibət bildirərkən deyib.
"Ümid edirəm ki, bu münaqişəyə sülh yolu ilə son qoymaq üçün bir yol var. Xarici işlər nazirləri də İranda demokratik yolla qanuni hökumətə dinc keçidi təmin etmək üçün bir-biri ilə əlaqə saxlayırlar”, - o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.