AZ

Fransada doğum səviyyəsi rekord səviyyəyə düşüb

Bakı. Trend:

Fransada 2025-ci ildə doğum səviyyəsi 1944-cü ildən bəri ənaşağı səviyyəyə düşüb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın MilliStatistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumatyayıb.

Hesabata görə, 2025-ci ildə 654 min uşaq doğulub ki, bu da2024-cü illə müqayisədə 2,1%, 2010-cu illə müqayisədə isə 24%azdır. Qeyd olunur ki, 2010-cu ildə Fransada doğum səviyyəsi ənyüksək göstəriciyə çatmışdı.

“Doğum əmsalı azalmağa davam edir: 2024-cü ildə hər qadına ortahesabla 1,61 uşaq düşdüyü halda, 2025-ci ildə bu göstərici 1,56-yaenib. Bu isə Birinci Dünya müharibəsinin sonundan bəri qeydə alınanən aşağı səviyyədir”, -deyə məlumatda qeyd olunur.

İnstitut həmçinin diqqətə çatdırır ki, 2025-ci ildə ölənlərinsayı doğulanların sayını üstələyib və 651 min nəfər təşkiledib.

Məqalədə:
Seçilən
55
az.trend.az

1Mənbələr