AZ

Qara Dənizdə Xəzər Boru Xətti Konsorsiumu yaxınlığında iki neft tankerinə dronla hücum edilib - YENİLƏNİB

Qazaxıstan Qara dənizdə kamikadze dronları tərəfindən hücuma məruz qalan neft tankerlərinin özünə məxsus olduğunu təsdiqləyib.


APA xəbər verir ki, bu barədə “Sputnik Kazakstan” “KazMunayQaz” milli şirkətinə istinadən məlumat yayıb.


Bildirilib ki, “Matilda” tankerinə edilən hücum nəticəsində yanğın baş vermədən partlayış qeydə alınıb. Ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Neft tankeri üzmə qabiliyyətini saxlayır, ciddi zədələnmə qeydə alınmayıb.

***

15:36

Qara Dənizdə Xəzər Boru Xətti Konsorsiumu yaxınlığında iki neft tankerinə dronla hücum edilib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbəyə istinadən məlumat yayıb.

Seçilən
72
2
apa.az

5Mənbələr