AZ

Litva prezidenti Rusiya ilə danışıqlar təkliflərini rədd etdi

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Litva Prezidenti Gitanas Nausėda bəzi Avropa İttifaqı liderlərinin Rusiya və onun Prezidenti Vladimir Putinlə dialoqa qayıtmaq istəyinə şübhə ilə yanaşdığını bildirib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Nausėda bu barədə deyib:

“Müxtəlif dillərdə danışanda tərcüməçi və ya lüğət çox vaxt kömək edir. Bir tərəf sülh dilində, digəri isə mərmi dilində danışanda ünsiyyət qurmaq mümkün deyil. Heç bir tərcüməçi kömək etməyəcək”.

Onun sözlərinə görə, Rusiya “Ukraynanı parçalamağa” çalışır.

Ölkə prezidenti hesab edir ki,  Moskva ilə istənilən danışıqlar zəiflik əlaməti kimi qəbul ediləcək. Nausėda Avropa liderlərini səhv etməkdən çəkindirdi və onları bir daha eyni dırmığın üstünə basmamağa çağırdı.

Bir gün əvvəl Avropa Komissiyasının sözçüsü Paula Pinho bildirib ki, Avropa Birliyi Rusiya ilə danışıqlara nə vaxtsa başlamalıdır. Lakin Aİ sözçüsü qeyd edib ki, “bu səviyyəyə” hələ çatılmayıb.

Maqsud

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr