AZ

Sülh və ticarət: Paşinyan Azərbaycan yanacağı barədə spekulyasiyalara son qoydu

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan benzininin idxalı ilə bağlı ictimai narahatlığı əsassız adlandırıb.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri sosial mediada yayımlanan videomüraciətində bildirib.

O deyib ki, sazişin əleyhdarları yanacaq idxalını Azərbaycan iqtisadiyyatını və ordusunu maliyyələşdirilmək kimi qələmə verirlər.

N.Paşinyan qeyd edib ki, Azərbaycanda əks-ittihamlar irəli sürülür - guya benzin Ermənistan hərbi texnikasının ehtiyaclarına yönəldiləcək. O, tərəflər arasında sülh bərqərar olduğundan hər iki iddianın yalan olduğunu vurğulayıb.

Baş nazir həmçinin bildirib ki, bu cür fikirlər əsasən neft məhsullarının idxalı və paylanması bazarında uzun müddət dominantlıq edən şirkətlər tərəfindən idarə olunur. Onun sözlərinə görə, artan rəqabət onları qiymətləri azaltmağa məcbur edir və bu da bazarın inhisardan çıxarılmasına gətirib çıxarır.

O, yanacağın orta qiymətində azalmanın artıq 15% civarında olduğunu açıqlayıb. Əvvəllər Ai-95 benzini litri 510-520 dramdan (2.25-2.30 AZN) satılırdısa, hazırda minimum qiymət 430 (1.93 AZN) dramdır:

"Bu arada, mövcud məlumatlara görə, faktiki bazar qiyməti ümumiyyətlə 480 dram (2.15 AZN) civarındadır, bəzi idxalçılar isə benzinin litrini 440 (1.97 AZN) dramdan təklif edirlər. Ai-92 benzininin qiymətində də azalma qeydə alınıb: onun qiyməti 40 dram (0.18 AZN - red.) ucuzlaşıb".

Xatırladaq ki, ötən ilin dekabrında onilliklər ərzində ilk dəfə olaraq Ermənistana Azərbaycan benzini partiyası gəlib - Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşınıb. Yanvarın əvvəlində isə Azərbaycan neft məhsullarının yeni partiyasını - 6100 ton benzin və 1500 ton dizel yanacağını Ermənistana göndərdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
oxu.az

1Mənbələr