Almaniyanın "Leyptsiq" klubunun hücumçusu Timo Verner karyerasını ABŞ-də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, 29 yaşlı forvard MLS təmsilçisi "San-Xose Ertkveyks"lə razılığa gəlib.
Qeyd edək ki, Vernerin Bundesliqa klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.