AZ

Bentankurun durumu açıqlandı

style='margin-bottom:10px;'>

“Tottenhem” klubunun yarımmüdafiəçisi Rodriqo Bentankurun zədəsi ciddidir.

QOL.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, uruqvaylı futbolçu sağ ayağının budunun arxa səthindən əməliyyat keçirib. Bentankur Premyer Liqanın ötən turunda “Bornmut”la oyunda xəsarət alıb.

Klubdan bildirilib ki, futbolçu artıq reabilitasiya prosesinə başlayıb və tibbi heyətin nəzarəti altında olacaq.

Qeyd edək ki, Rodriqo Bentankur bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 1 qol vurub və 1 assist edib.

Seçilən
77
teleqraf.com

1Mənbələr