Rusiyanın Novokuznetsk şəhərindəki 1 nömrəli xəstəxanada doqquz körpənin ölümündən sonra Kuzbassda bütün doğum evlərində yoxlama aparılacaq.
Aznews.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru İlya Serdyuk bildirib.
O, yoxlamanın aparılmasını Kuzbass səhiyyə naziri Andrey Tarasova həvalə edib. Qubernatorun sözlərinə görə, bütün doğum evləri və perinatal mərkəzlər ən çətin hallara hazır olmalıdır.
Hazırda Novokuznetskdəki doğum evi respirator xəstəliyin yayılması səbəbindən karantinə alınıb.